Antikorrupsiya qanunvericiliyi

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu

Əsas sənədlər

Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli StrategiyaFəaliyyət Planı (2007-2011)"National Strategy on Increasing Transparency and Combating Corruption"Action plan (2007-2011)
Korrupsiyanın səviyyəsini azaltmaq üçün hansı tədbirin həyata keçirilməsini daha vacib hesab edirsiniz?
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması
Dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi
Qanunların təkmilləşdirilməsi
Dövlət qulluğuna yeni kadrların cəlb edilməsi
Korrupsiya hüquqpozmaları törətmiş məmurlara qarşı cəza tədbirlərinin gücləndirilməsi
Məhkəmələrin müstəqilliyinin gücləndirilməsi
Əhalinin hüquqi cəhətdən maarifləndirilməsinin artırılması
Antikorrupsiya mədəniyyətinin formalaşdırılması
Məmurların, büdcə təşkilatlarında işləyənlərin əməkhaqqılarının artırılması
Məmurların gəlirləri barədə ictimaiyyətə məlumat verilməsi
Korrupsiya hüquqpozmaları barədə məlumat verənlərin dövlət tərəfindən həvəsləndirilməsi və müdafiə olunması
Dövlət orqanlarının fəaliyyəti barədə informasiya əldə edilməsinin asanlaşdırılması
   

Xəbərlərin arxivi

Yeni www.RUSUM.az internet səhifəsi istifadəçilərə təqdim edilmişdir.

22.06.2010 / 00:00  www.RUSUM.AZ internet səhifəsi Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın dəstəyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış “Prodemos” və “Antikorrupsiya Araşdırmalar Mərkəzi” qeyri-hökumət təşkilatlarının birgə təşəbbüsü və əməyi nəticəsində hazırlanaraq istifadəçilərə təqdim edilmişdir.

Polis Akademiyasında Daxili İşlər Orqanlarında Aparılan İslahatlar və Daxili İşlər Orqanları Əməkdaşlarının Etik Davranış Kodeksi adlı konfrans keçirilmişdir

12.03.2010 / 00:00  11 mart 2010-cu il tarixində Azərbaycan Hüquqşünasları Konfederasiyası tərəfindən Azərbaycan Respublikasının Korrupsiya Qarşı Mübarizə üzrə Komissiyasının və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin dəstəyi ilə keçirilən “daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi” ilə bağlı hüquqi maarifləndirmə layihəsi çərçivəsində Konfrans keçirilmişdir.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın” (2007-2011-cı illər) yerinə yetirilməsi ilə əlaqədar görülən işlər barədə 2009-cu ilin ikinci yarısına olan məlumat ictimaiyyətə təqdim edilmişdir.

19.01.2010 / 00:00  “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli Sərəncamına əsasən Korrupsiyaya qarsı mübarizə üzrə Komissiya Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə məlumatları hazırlamışdır.

Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Komitəsi (MONEYVAL) tərəfindən Azərbaycan Respublikası üzrə yeni ictimai bəyanat qəbul edilmişdir.

14.12.2009 / 00:00  11 dekabr 2009-cu il tarixdə Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Komitəsi (MONEYVAL) tərəfindən Azərbaycan Respublikası üzrə yeni ictimai bəyanat qəbul edilmişdir.

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin ekspertlər qrupu Azərbaycan Respublikasına dəyərləndirmə missiyasının həyata keçirilməsi məqsədilə səfər etmişdir.

14.12.2009 / 00:00  2009-cu il dekabrın 7-dən 11-dək İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin ekspertlər qrupu Azərbaycan Respublikasına dəyərləndirmə missiyasının həyata keçirilməsi məqsədilə səfər etmişdir.

Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Avropa Şurasının birgə əməkdaşlığı ilə “Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə Sahəsində İslahatlar: İrəliyə Baxış” mövzusunda konfrans keçirilmişdir.

26.11.2009 / 00:00  2009-cu il 19 noyabr tarixində Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Avropa Şurasının birgə əməkdaşlığı ilə “Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə Sahəsində İslahatlar: İrəliyə Baxış” mövzusunda konfrans keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov APA-ya müsahibə vermişdir.

20.11.2009 / 00:00  Korrupsiya bütün cəmiyyətlərə xasdır və eyni zamanda bütün cəmiyyətləri narahat edən bir təzahürdür. Korrupsiyaya qarşı mübarizə bütün dövlətlərin və cəmiyyətlərin əsas vəzifələrindən biridir. Azərbaycan dövlətinin məqsədi iqtisadi və sosial inkişafa nail olmaq, insanların yaşayış və həyat səviyyəsini yüksəltməkdir.

“Transparency International” təşkilatının 2009-cu il üçün Korrupsiyanı Qavrama İndeksinin təqdimatı ilə bağlı “Şəffaflıq Azərbaycan” ictimai birliyi mətbuat üçün məlumat təqdim etmişdir.

17.11.2009 / 00:00  “Transparency International” təşkilatının Azərbaycandakı milli bölməsi olaraq “Şəffaflıq Azərbaycan” İB olaraq 2009-cu il üçün Korrupsiya Qavrama İndeksini təqdim etməkdən məmnunluq duyuruq. Bu il Azərbaycan 180 ölkə arasında 2.3 balla 143-cü sırada yer alıb. Xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətibətində müəyyən edilir. Bu il Azərbaycanın göstəricisi ötən illərlə müqayisədə əhəmiyyətli sayıla biləcək dərəcədə irəliləyib.

Azərbaycan nümayəndə heyəti Korrupsiyaya qarşi mübarizə üzrə Qlobal Forumda və BMT-nin Korrupsiya əleyhinə Konvensiyasinin Konfransinda iştirak etmişdir

16.11.2009 / 00:00  Bu il noyabrın 7-13-də Qətərin paytaxtı Dohada Korrupsiyaya qarşı mübarizə üzrə 6-cı Qlobal Forum və BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 3-cü sessiyası keçirilmişdir.
1 2 3
Geri   Yuxarı